AZ

“Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” informasiya sisteminin fəaliyyətə başlaması üçün geniş iş aparılır - Fuad Məmmədov

QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 5 illik fəaliyyətinə dair mətbuat konfransı keçirlir.

 QHT Agentliyinin Müşahidə Şurasının sədri Fuad Məmmədov bildirib ki, bir neçə ay bundan əvvəl Prezident İlham Əliyevin QHT Agentliyinin fəaliyyətinin beynəlxalq standartlara uyğun təşkil olunması və sektorun inkişaf etdirilməsi ilə bağlı imzaladığı Fərman bu sahədə yeni mərhələnin başlanğıcı olub. Bu, o deməkdir ki, QHT sektorunun genişlənməsi üçün yeni imkanlar yaranır. Agentliyin 2023-cü ilin sentyabrından tətbiq olunan yeni qrant modeli və onun real nəticələri təqdir edilib, bu modelin bütün respublika üzrə tətbiqinə qərar verilib. QHT-lərə dövlət dəstəyinin artırılması bütövlükdə QHT sektorunun inkişafına yeni mərhələ açır.

QHT.az bildirir ki, QHT Agentliyinin bu istiqamətdə həyata keçirdiyi tədbirlər yeni mərhələyə qədəm qoyur və bu sahədə idarəetmənin daha da təkmilləşdirilməsinə şərait yaradır. Bu, həm də Agentliyin bütün komandasını səfərbər edəcək.

Fuad Məmmədov vurğulayıb ki, hazırda “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi” informasiya sisteminin fəaliyyətə başlaması üçün geniş iş aparılır. Bu sistem dövlət qurumları arasında QHT-lərin bütün növ fəaliyyətlərinin koordinasiyasının güclənməsinə, vahid məlumat bazasının yaradılmasına, milli prioritetlərə uyğun şəkildə prosesin “bir pəncərə” əsasında təşkili və idarə edilməsinə, QHT fəaliyyətlərinin daha səmərəli, ölçülə bilən və nəticəyönümlü olmasına xidmət edəcək.

Seçilən
28
qht.az

1Mənbələr