AZ

“Politico”: Tramp münaqişəyə son qoymaq üçün İranın tələblərinin bir hissəsini qəbul edə bilər

Bakı, 17 aprel, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp İranla razılaşma naminə əlavə güzəştlərə gedə bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə “Politico” nəşri mənbələrə istinadla məlumat yayıb. Qəzet qeyd edir ki, Trampın İsrail və Livan arasında atəşkəs elan olunmasına dair bəyanatı onun İrana qarşı müharibəyə son qoymaq istədiyini göstərir. O, İsrailin Baş naziri Binyamin Netanyahunu Livana zərbələri dayandırmağa vadar etməklə, İranla razılaşmanı poza biləcək daha bir amili aradan qaldırıb.

“Düşünürəm ki, Tramp münaqişəyə həqiqətən də son qoymaq istədiyi üçün başqa güzəştlərə də gedəcək”, - deyə Körfəz ölkələrindən birində adı açıqlanmayan yüksəkvəzifəli məmur bildirib. “Politico” qeyd edir ki, İslamabadda İranla birbaşa danışıqların uğursuz nəticələnməsi nəzərə alınmaqla, Tramp İranın tələblərinin heç olmasa bir hissəsini qəbul etməyi düşünür.

Aprelin 16-da Donald Tramp İsrail və Livanın atəşkəs barədə razılığa gəldiyini açıqlayıb. Livan Prezidenti Cozef Aun və İsrailin Baş naziri Binyamin Netanyahu arasında telefon danışığı zamanı 10 günlük atəşkəsə dair razılaşma əldə olunduğu bildirilir.

Seçilən
13
2
azertag.az

3Mənbələr