AZ

Hərbi xidmət haqqında qanunvericilik yenilənir

Hərbi xidmət və hərbi vəzifə ilə bağlı qanunvericiliyə edilmiş son dəyişikliklərin icrasına başlanılıb.

Publika.az xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov Sərəncam imzalayıb.

Sərəncama əsasən, Ədliyyə Nazirliyinə Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri, DTX, Səfərbərlik Xidməti və digər aidiyyəti qurumlarla razılaşdırmaqla, mövcud normativ hüquqi aktların yeni qanuna uyğunlaşdırılması tapşırılıb. Bu istiqamətdə təkliflər 5 ay müddətində Nazirlər Kabinetinə təqdim edilməlidir.

İcra prosesinin operativliyini təmin etmək üçün aşağıdakı qrafik müəyyən olunub:

4 ay ərzində mərkəzi icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində lazımi tədbirlər görməli və normativ aktlarını yeniləyərək Ədliyyə Nazirliyinə məlumat verməlidirlər.

Seçilən
1
20
publika.az

10Mənbələr