AZ

Bakı-Quba yolunda yük və minik avtomobilləri toqquşdu - FOTOLAR

Bakı-Quba-Rusiya Federasiyası sərhədi avtomobil yolunda yük və minik avtomobilləri toqquşub.

"Cebheinfo.az" AZƏRTAC-a istinadən xəbər verir ki, hadisə yolun 90-cı kilometrliyində, Siyəzən rayonu ərazisində qeydə alınıb.

Quba istiqamətində hərəkətdə olan yük maşını idarəetmənin itirilməsi nəticəsində beton maneələrə çırpılaraq yolun əks tərəfinə çıxıb. Bu zaman qarşıdan gələn VAZ-21015 markalı avtomobillə toqquşub.

Qəza zamanı minik avtomobilinin sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Hər iki avtomobilə və yol təsərrüfatına ziyan dəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar, faktla bağlı araşdırma aparılır.

"Cebheinfo.az"

Seçilən
10
14
cebheinfo.az

10Mənbələr