Bakı, 17 aprel, AZƏRTAC
Cari ilin 1-ci rübü ərzində Azərbaycanda elektrik enerjisinin ixracı 2,7 dəfə azalaraq 142,4 milyon kilovat-saat, idxalı isə 2 faiz azalaraq 35 milyon kilovat-saat olub.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, rüb ərzində elektrik enerjisinin istehsalı “AzərEnerji” ASC üzrə 6 milyard 76,8 milyon kilovat-saat (İES-lərdə 5 milyard 558,6 milyon kilovat-saat, SES-lərdə 508,1 milyon kilovat-saat, GES-lərdə 10,1 milyon kilovat-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 7,9 milyon kilovat-saat, müstəqil elektrik stansiyaları üzrə isə 906,3 milyon kilovat-saat təşkil edib.