AZ

Türkiyədə məktəb hücumundan sonra bu seriallara xəbərdarlıq OLUNDU: Ssenariyə DÜZƏLİŞ EDİN

Türkiyədə Şanlıurfa və Kahramanmaraş şəhərlərində baş verən məktəb hücumlarından sonra televiziya sektorunda mühüm dəyişikliklərə başlanılıb.

Day.Az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.

Bildirilib ki, hadisələr cəmiyyətdə geniş rezonans doğurub və xüsusilə şiddət mövzulu serialların təsiri yenidən müzakirə obyektinə çevrilib. Baş verən faciələr nəticəsində Kahramanmaraşda riyaziyyat müəllimi Ayla Kara və 9 şagird həyatını itirib, ümumilikdə isə 32 nəfər yaralanıb.

Hadisələrdən sonra bəzi serialların yeni bölümləri yayım cədvəlindən çıxarılıb. "Yeraltı", "Eşref Tek", "A.B.İ." və "Taşacak Bu Deniz" kimi layihələrdə ssenari dəyişikliklərinin ediləcəyi bildirilib. Məlumata görə, prodüserlər artan ictimai təzyiq fonunda silah və zorakılıq səhnələrinin azaldılması üçün ssenarilərə yenidən baxmaq qərarına gəliblər.

Dəyişikliklər yalnız yaradıcı heyətlə məhdudlaşmır. Bir sıra reklam şirkətləri də baş verən hadisələrdən sonra şiddət məzmunlu layihələrdən geri çəkilməyə başlayıb. Bu addım televiziya sənayesində həm məzmunun, həm də maliyyə dəstəyinin yenidən formalaşmasına səbəb ola bilər.

Seçilən
1
day.az

1Mənbələr