AZ

​Burak Yılmaza 1 milyonluq cəza

Türkiyə Futbol Federasiyasının (TFF) nəzdində fəaliyyət göstərən Peşəkar Futbol İntizam Komitəsi (PFDK) məşqçi Burak Yılmaz barədə qərarını açıqlayıb.
Metbuat.az xəbər verir ki, qərara əsasən, mütəxəssis 2 oyunluq cəzalanıb, eyni zamanda 75 gün müddətinə futboldan kənarlaşdırılıb. Bundan əlavə, ona ümumilikdə 1 milyon lirə cərimə tətbiq olunub.

Cəzanın verilməsinə səbəb Yılmazın “Gaziantep FK”dan istefası zamanı keçirdiyi mətbuat konfransında səsləndirdiyi sərt açıqlamalar olub. Bu çıxışlar “idmanın nüfuzuna xələl gətirmək” və “etik qaydaları pozmaq” kimi qiymətləndirilib.

Seçilən
20
metbuat.az

1Mənbələr