AZ

NATO-nun deterrensiya Rusiya riskinin idarə olunmasına əsaslanır- ÖZƏL

"Rusiyanın Ukraynada dörd il ərzində həlledici strateji nəticə əldə etməməsi guya NATO-nun əsas missiyasını zəiflədib. Bu arqument müəyyən qədər başadüşüləndir, amma tam nəticə üçün yetərli deyil. Çünki NATO-nun deterrensiya fəlsəfəsi Rusiyanın zəifliyinə yox, Rusiya riskinin idarə olunmasına əsaslanır. Baltik ölkələri, Polşa və Finlandiya üçün Moskva hələ də real təhlükədir. Məhz buna görə Avropanın şərq qanadı ABŞ-dan uzaqlaşmaq yox, əksinə, alyans daxilində daha çox Avropa çəkisi olan modeli dəstəkləyir". "Olaylar" xəbər verir ki, bunu siyasi şərhçi Mürtəza Bünyadlı deyib: "Hazırda Brüssel, Berlin və Parisdə müzakirə olunan əsas ideya ayrıca "Avropa ordusu"ndan çox, NATO daxilində Avropa sütununun gücləndirilməsidir. Bu modeldə NATO-nun komanda və planlama sistemi saxlanılır; ABŞ-ın boşaltdığı C4ISR, logistika və hava müdafiə imkanları Avropa tərəfindən doldurulur; Almaniya, Fransa, Polşa və Böyük Britaniya əsas hərbi dayaqlara çevrilir; Avropa müdafiə sənayesi vahid satınalma və standartlarla inteqrasiya olunur. Bu yanaşma artıq nəzəriyyədən praktikaya keçir: Portuqaliya ayrıca Avropa ordusuna qarşı çıxsa da, NATO daxilində Avropa hərbi modernizasiyasını açıq dəstəkləyir, İspaniya isə daha dərin inteqrasiyaya çağırır"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
24
olaylar.az

1Mənbələr