AZ

Sara Əzimova vəzifəsindən azad edildi – FOTO

Naxçıvan Muxtar Respublikasında nəşr olunan “Şərq qapısı” qəzetinin baş redaktoru Sara Əzimova vəzifəsindən azad edilib.

NOCOMMENT.az xəbər verir ki, bununla bağlı Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin birinci müavini Bəxtiyar Məmmədov sərəncam imzalayıb.

Məlumatı Sara Əzimova özü də sosial şəbəkədə təsdiqləyib:

“17 yaşımdan fəaliyyətə başladığım “Şərq qapısı” qəzeti ilə yollarımız ayrılır. Bundan sonra Naxçıvanda həm yeni bir qurumda fəaliyyətimi davam etdirəcəyəm, həm də uzun zamandır üzərində çalışdığımız, yeni çağırışlara cavab verən media platformasının yaradılmasına start verəcəyəm”.

O, “Şərq qapısı” qəzetinə yeni baş redaktorun təyin olunduğunu da bildirib.

Seçilən
19
3
nocomment.az

10Mənbələr