İndoneziyanın Qərbi Kalimantan əyalətində helikopterin qəzaya uğraması nəticəsində 8 nəfər həlak olub.
"Cebheinfo.az"-ın "Jakarta Globe" qəzetinin məlumatına görə, pilot və ikinci pilotla birlikdə 6 sərnişinin olduğu helikopter dünən yerli vaxtla saat 07:34-də əyalətin Melawi bölgəsindən havaya qalxıb.
Havaya qalxdıqdan sonra saat 08:39-da əlaqə kəsilən Airbus H130 model helikopterin itkin düşdüyü bildirilib.
Axtarış-xilasetmə qrupları helikopteri Qərbi Kalimantan əyalətinin Sekadau bölgəsində, çatılması çətin olan ərazidə tapıblar. Rəsmilər helikopterdə olan 8 nəfərin həyatını itirdiyini açıqlayıblar.
Qəzanın səbəbi ilə bağlı isə hələlik heç bir məlumat verilməyib.