Aqrarkredit QSC balansında olan bəzi daşınmaz əmlakların müsabiqə yolu ilə satışını elan edib.
“Yeni Sabah” xəbər verir ki, satışa çıxarılan əmlaklar arasında torpaq sahələri və qeyri-yaşayış obyektləri yer alır:
1. İmişli rayonunda yerləşən 2 ədəd əmlak kompleksi kimi müəssisə (8,5 hektar torpaq sahəsində yerləşən 21,675.00 kv.m və 1.23 hektar torpaq sahəsində yerləşən 12,054.90 kv.m tikili) və 8 çıxarışdan ibarət cəmi 7,4 hektar kənd təsərrüfatı təyinatlı torpaq sahələri (Quşçuluq kompleksi). Əmlak yüklü deyil. Start qiymət - 5.000.000,0 (beş milyon) manat;
2. Gəncə şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 391 nömrəli ünvanda yerləşən 2000 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil. Start qiymət – 2.160.000,00 (iki milyon bir yüz altmış min) manat;
3. Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti 167 nömrəli ünvanda yerləşən 1625.6 kv.m sahədən ibarət qeyri-yaşayış sahəsi. Əmlak yüklü deyil. Start qiymət – 1.620.000,0 (bir milyon altı yüz iyirmi min) manat;
4. Şəki rayonu, Daşüz kəndində yerləşən, kənd təsərrüfat təyinatlı 500 hektar torpaq sahəsi (örüş yeri) üzərində icarə hüququ. Əmlak yüklü deyil. Start qiymət – 346.000,0 (üç yüz qırx altı min) manat;
5. Şəki şəhəri, Salman Mümtaz küçəsində 29,8 hektar sahəsi (yaşayış məntəqələrinin torpaqları). Əmlak yüklü deyil. Start qiymət – 3.235.000,0 (üç milyon iki yüz otuz beş min) manat
Müsabiqədə iştirak etmək istəyən şəxslər 7 aprel 2026-cı il saat 10.00-dan – 15 may 2026-cı il saat 16.00-dək müraciət edə bilərlər. Müsabiqənin qaliblərinin müəyyən edilməsi isə 20 may 2026- cı il saat 11.00-a qədər həyata keçiriləcək.
Müsabiqə Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun küçəsi 135 ünvanında Azərbaycan Respublikasının Maliyyə Nazirliyində təşkil olunacaq.
Əmlaklara dair sənədlərlə 17 aprel 2026-cı il tarixdən 19 may 2026-cı il tarixədək, həftənin 3-cü və 5-ci günləri, Bakı şəhəri, Yasamal rayonu, Qədirli küçəsi 125 ünvanında yerləşən “Aqrarkredit” QSC-nin baş ofisində tanış olmaq mümkündür.
Müsabiqədə iştirak etmək istəyən iddiaçılar əmlakın ilkin satış qiymətinin 0,5%-i həcmində beh ödəməli və təkliflərini qapalı zərfdə təqdim etməlidirlər. Müsabiqənin qalibi əmlakın dəyərinin 30 bank günü ərzində tam ödənilməsini təmin etməlidir.
Nazim Hacıyev
Telegram kanalımız