AZ

196 ölkədə axtarışda olan "Qızıl adam" - İnqilab Babayev saxlanıldı

Bakı. Trend:

Qızıl qaçaqmalçılığı cinayəti ilə bağlı Interpol tərəfindən 196ölkədə “qırmızı bülleten”lə axtarışda olan 38 yaşlı İnqilab Babayevpolis əməkdaşlarının uzunmüddətli təqibindən sonra İstanbuldasaxlanılıb.

Trend bu barədəTürkiyə mediasına istinadən xəbər verir.

İstanbul Polis İdarəsinin Qaçaqmalçılıq Cinayətləri ilə MübarizəŞöbə Müdirliyi əməkdaşları tərəfindən qaçaqmalçılıq cinayətlərinəqarşı aparılan əməliyyat tədbirləri çərçivəsində mütəşəkkil şəkildəqiymətli zinət əşyalarının qaçaqmalçılığını həyata keçirməkittihamı ilə beynəlxalq səviyyədə Interpol tərəfindən “qırmızıbülleten”lə axtarışa verilmiş və barəsində həbs qərarı çıxarılmışİnqilab Babayev uzun müddət qaçaq idi.

2024-cü ildə İstanbul Havalimanında baş verən hadisə zamanıpolis əməkdaşları şübhələndikləri iki təhlükəsizlik işçisininüzərində axtarış aparıblar. Axtarış nəticəsində şübhəlilərinbellərində gizlədilmiş halda ümumi çəkisi 16 kiloqram olan 32 ədədkülçə qızıl aşkar edilərək götürülüb. Dubaydan gətirildiyi müəyyənedilən qızılların izinə düşən polis əməkdaşlarının keçirdiyiəməliyyat nəticəsində 7 nəfər saxlanılmışdı. “Qırmızı bülleten”ləaxtarılan dəstə başçısı İnqilab Babayev isə qaçmağa nail olmuşdu.Aparılan araşdırmalar zamanı şübhəlinin İstanbul Havalimanındatörədilmiş qaçaqmalçılıq hadisəsinin təşkilatçısı olduğu müəyyənedilmişdi.

Babayev bir müddət əvvəl ailəsini İstanbula çağırıb. Ailəninİstanbula qayıtmasından sonra polis əməkdaşları tərəfindən təqibbaşlanıb. İstanbulun Eyüpsultan rayonunda yerləşən bir yaşayışbinasında gizləndiyi müəyyən edilən Babayev xüsusi təyinatlı polisqüvvələrinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

Saxlanılan şübhəli, polis idarəsində aparılan prosedurhərəkətlərindən sonra məhkəmə orqanlarına təqdim edilib vəbarəsində həbs qətimkan tədbiri seçilərək istintaq təcridxanasınagöndərilib.

Məqalədə:
Seçilən
24
3
az.trend.az

1Mənbələr