AZ

Rusiyaya güzəşt yoxdur: ABŞ bu qadağanı uzatdı

ABŞ Prezidenti Donald Tramp, Rusiya gəmilərinin Amerika limanlarında hərəkətini və lövbər salmasını məhdudlaşdıran fövqəladə vəziyyət rejimini bir il müddətinə uzadıb.

Publika.az xəbər verir ki, bu barədə Ağ Evin Federal Reyestrdə dərc olunan rəsmi məlumatında qeyd olunub.

Sözügedən qərar Rusiya gəmilərinin Amerika limanlarında hərəkətinə və dayanmasına ciddi məhdudiyyətlər qoyur.

Xatırladaq ki, bu rejim ilk dəfə 21 aprel 2022-ci ildə ABŞ-ın əvvəlki prezidenti Co Bayden tərəfindən tətbiq edilmişdi. Həmin fərmanla daxili təhlükəsizlik nazirinə Rusiya ilə əlaqəli gəmilərin hərəkətini tənzimləmək səlahiyyəti verilmişdi.

"Rusiya Federasiyası hökumətinin siyasəti və hərəkətləri ABŞ-ın beynəlxalq münasibətlərinin pozulması və ya pozulma təhlükəsi səbəbindən fövqəladə təhdid yaratmağa davam edir", - deyə Ağ Evin rəsmi açıqlamasında qeyd olunub.

Seçilən
19
publika.az

1Mənbələr