"İtaliya bizə kömək etmədi, biz də ona kömək etməyəcəyik", - deyə Ağ Evin rəhbəri yazıb.
Tramp bu fikirləri The Guardian nəşrində dərc olunan məlumatlara münasibət bildirərkən səsləndirib. Həmin məlumatda qeyd olunurdu ki, Roma Vaşinqtona Siciliyada yerləşən Sinqonella hərbi bazasından istifadə üçün icazə verməkdən imtina edib.
Corriere della Sera qəzetinin mənbəsinin bildirdiyinə görə, ABŞ-yə məxsus bombardmançı təyyarələr Yaxın Şərqə yola düşməzdən əvvəl bu bazaya eniş etmək istəyiblər. Lakin icazə sorğusu təyyarələr artıq Siciliyaya istiqamət aldığı vaxt təqdim edildiyi üçün rədd cavabı verilib.
Mənbə vurğulayıb ki, belə hallarda, xüsusilə də göyərtəsində silah olan təyyarələr üçün, İtaliya parlamentinin razılığı tələb olunur və bu prosedur üçün kifayət qədər vaxt olmayıb.