2026-cı ilin ilk 3 ayı ərzində (yanvar-mart) Azərbaycana 28 milyon 630 min dollar dəyərində 12 min 300 ton ət idxal edilib.
Bu barədə Marja.az Dövlət Gömrük Komitəsinin aylıq statistikasına istinadən xəbər verir.
2025-ci ilin ilk 3 ayı ərzində Azərbaycana 24 milyon 825 min dollar dəyərində 11 min 890 ton ət idxal olunmuşdu.
Beləliklə, Azərbaycan xaricdən ət alışını bu il 3 milyon 805 min dollar və ya 15,3% artırıb.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycana xarixdən 117 milyon 965 min dollar dəyərində 47 min 641 ton ət idxal olunub.