AZ

Çin istixana qazlarını izləmək üçün yeni peyk buraxıb

Bakı, 17 aprel, AZƏRTAC

Çin istixana qazlarını izləmək üçün yeni peykini orbitə göndərib.

AZƏRTAC Sinxua agentliyinə istinadla xəbər verir ki, peyk “Long March-4C” raketi ilə Çinin şimal-qərbində yerləşən Jiuquan Peyk Buraxılış Mərkəzindən buraxılıb. Buraxılış yerli vaxtla saat 12:10-da həyata keçirilib. Peyk əvvəlcədən müəyyən edilmiş orbitə uğurla yerləşdirilib.

Qeyd edək ki, bu, “Long March” seriyalı raketlərin 638-ci uçuş missiyası olub.

Seçilən
21
1
azertag.az

2Mənbələr