AZ

Abşeronda qadın sürücü azyaşlının həyatını təhlükəyə atdı (VİDEO)

Bakı.Trend:

Abşeron rayonunda qadın sürücünün yol hərəkəti qaydalarını kobudşəkildə pozub.

Trend-inməlumatına görə, avtomobili idarə edən xanım bu qayda pozuntularınıəks etdirən görüntüləri öz sosial şəbəkə hesabında paylaşıb.

Kadrlardan aydın olur ki, azyaşlı uşaq avtomobilin önoturacağında əyləşdirilib.

Bundan əlavə, sürücünün təhlükəsizlik kəmərindən istifadəetmədiyi, həmçinin hərəkət zamanı hər iki əlini sükandan çəkdiyimüşahidə olunur.

Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) Trend-in sorğusunaəsasən bildirilib ki, Sosial şəbəkələrdə yayılmış görüntülərləbağlı araşdırma aparılır.

“Bir daha diqqətə çatdırırıq ki, azyaşlıların avtomobildətəhlükəsizlik qaydalarına zidd şəkildə daşınmasıyolverilməzdir.

Bu cür qanun pozuntuları yalnız inzibati məsuliyyət yaratmır,eyni zamanda azyaşlıların həyat və sağlamlığı üçün birbaşa təhlükəyaradır.

Sürücülərin diqqətinə bir daha çatdırılır ki, yol hərəkətitəhlükəsizliyinin təmin edilməsi, hərəkət iştirakçılarının həyat vəsağlamlığının qorunması məqsədilə qanunvericiliyin tələblərinəqeyd-şərtsiz əməl olunsun”.

Seçilən
30
1
az.trend.az

2Mənbələr