AZ

Avropa Liqası və Konfrans Liqasının yarımfinalçıları məlum oldu


İngiltərənin “Nottingem Forest” komandası Avropa Liqasının 1/4 finalının ikinci oyununda Portuqaliyanın “Porto” komandasını 1:0 hesabı ilə məğlub edib.
Yeniavaz.com
xəbər verir ki, Morqan Qibbs-Uayt 12-ci dəqiqədə qol vurub. “Porto”nun oyunçusu Yan Bednarek isə 8-ci dəqiqədə qırmızı vərəqə ilə meydandan qovulub.
İlk oyun 1-1 hesabı ilə başa çatıb. Yarımfinalda “Nottinqem Forest” 1/4 finalda İtaliyanın “Bolonya” komandasını 3-1 və 4-0 hesabları ilə məğlub edən İngiltərənin “Aston Villa” komandası ilə qarşılaşacaq.
Digər yarımfinalda Almaniyanın “Frayburq” və Portuqaliyanın “Braqa” komandaları qarşılaşacaq. “Frayburq” İspaniyanın “Selta Viqo” komandasını (3-0, 3-1), “Braqa” isə İspaniyanın “Betis” komandasını (1-1, 4-2) məğlub edib.
Konfrans Liqasında isə Yunanıstan AEK komandası İspaniyanın “Rayo Valyekano” komandasına qarşı cavab oyununda 3-1 hesabı ilə qələbə qazanıb. “Rayo Valyekano” ilk oyunda 3-0 hesabı ilə qalib gəlib və indi yarımfinalda “Strasburq”la qarşılaşacaq. Fransa komandası ilk oyunda 2-0 hesabı ilə uduzduğu halda, cavab oyununda Almaniyanın “Mayns” komandasını 4-0 hesabı ilə darmadağın edib. Digər yarımfinalda isə Ukraynanın “Şaxtyor Donetsk” və İngiltərənin “Kristal Pelas” komandaları üz-üzə gələcək. “Şaxtyor” 1/4 finalda Hollandiyanın “AZ Alkmaar” komandasını (3-0, 2-2), “Kristal Pelas” isə İtaliyanın “Fiorentina” komandasını (3-0, 1-2) məğlub edib.
Seçilən
16
yeniavaz.com

1Mənbələr