AZ

“Yeniyetməlik dövründə anlayış və dəstək şəxsiyyətin formalaşmasında əsas rol oynayır” PSİXOLOQ ŞƏRH ETDİ

ain.az, Gununsesi portalına istinadən məlumat yayır.

Yeniyetməlik dövrü insan həyatının ən həssas dövrlərindən biridir. Bu vaxt həm bədən, həm də düşüncə baxımından dəyişikliklər baş verir. Valideynlər və yaxınlar üçün yeniyetmə ilə düzgün ünsiyyət qurmaq olduqca vacib rol oynayır.

Çünki bu dövrdə verilən qərarlar gələcəkdə şəxsiyyətin formalaşmasına böyük təsir edir.

Gununsesi.info-ya danışan psixoloq Sevinc Həbibova bildirib ki, yeniyetmələrlə davranışda ilk növbədə onları anlamağa çalışmaq vacibdir.

Onun sözlərinə görə, bu yaşda olan gənclər daha çox dinlənilməyə ehtiyac duyur və sərt nəzarət əks təsir yarada bilər.

“Valideynlər tənqid etmək əvəzinə, dəstək göstərməyə üstünlük verməlidir. Eyni zamanda, yeniyetmənin şəxsi sərhədlərinə hörmət etmək onun özünə inamını gücləndirir”,-deyə o əlavə edib.

Psixoloq qeyd edib ki, açıq və səmimi söhbətlər qarşılıqlı etimadı artırır.

Onun fikrincə, qaydalar qoyularkən izah verilməsi və səbəblərin açıqlanması daha təsirli nəticə verir.

Sonda isə o vurğulayıb ki, sevgi və diqqət yeniyetmənin sağlam inkişafının əsas şərtlərindən biridir.

Firuzə

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
icma.az

1Mənbələr