AZ

“İranın Bəhreyn siyasəti Səddamın Küveyt addımı ilə müqayisə edilir”

ain.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“İranın Bəhreynə göz dikməsinin nəticəsi Səddamın Küveyti tutmasının aqibəti kimi ola bilər. Səddam heç də özbaşına Küveytə daxil olmadı. Onun sonunu tezləşdirmək üçün İranla savaş bitdikdən sonra dərhal ikinci münaqişəyə cəlb etməli idilər“.

Gununsesi.info bildirir ki, bunu siyasi şərhçi Tural İrfan deyib:

“İraqın nüfuzuna məhz Küveyt məsələsində ciddi zərbə dəydi, ordusu dağıdıldı, ölkənin bölünməsinin təməli qoyuldu. Halbuki Küveytə daxil olmazdan qabaq ABŞ-ın İraq səfiri bu məsələyə “ərəblərin daxili işi” kimi baxdıqlarını və qarışmayacaqlarını demişdi. Fəqət Səddam Küveyti ilhaq etdikdən dərhal sonra ona qarşı kollektiv Qərb 1 milyon ordu ilə böyük xaç yürüşünə start verib İraq ordusunu geri oturtdu.

Mümkündür ki, hazırda İran daxilində Qərbin, xüsusilə də Britaniya, ABŞ və İsrailin gizli agentura şəbəkəsinin əli ilə təhrikçi planlar hazırlanır. ABŞ özünü məğlub kimi göstərib İranı Bəhreyni işğal etməyə həvəsləndirir. İran da savaşı ölkəsindən kənara daşımaq istəyir. Lakin İran buna həqiqətən də əl atarsa şübhəsiz ki, tələyə düşəcək.

Bəhreyn əhalisinin fars dilində danışması və özlərini iranlı hesab etməsi tamamilə cəfəngiyyatdır. Lakin Bəhreyndə orta əsrlərin məzhəbçi – Qərməti ideologiyasının bünövrəsi qalmış ola bilər ki, İran ona pənahlanır.

Qərmətilər İmam Cəfər Sadiqin böyük oğlu İsmaili sonuncu qaib İmam qəbul edən məşhur İsmaili məzhəbinin davamçıları idi. Eyni məzhəbdən olan Fatimilər Misirdə dövlət quranda xəlifələri növbəti İmam ünvanı ilə təqdim edirdilər. Qərmətilər buna etiraz edib sırf 7 imamlı qaldılar. Lakin məzhəbi daha qatı, mühafizəkar qaydalara tabe etdilər. Doğrudur, kommunizmə bənzər sosial sistem qurub əsasən qulların haqlarını müdafiə edirdilər. Lakin Həcc ziyarətində toplanan maddi gəliri ələ keçirmək üçün Məkkəyə hücum edib Kəbəni odladılar, sonra dağıtdılar.

Zəvvarları doğrayıb Zəmzəm quyusuna doldurdular. Qara Daşı ortadan ikiyə parçalayıb Bəhreynə aparıb öz liderlərinin ayağının altına, pilləkəninə qoyub təhqir etdilər. Qara Daş 22 ildən sonra onlardan geri alındı. Qərmətilərin ideyasına görə əslində daşın yox diri İmamın, yaxud onun nümayəndəsinin başına dolanmaq lazım idi. Beləcə onlar krallarının sarayını təvaf edib Həcc icra edirdilər. Həşşaşilər kimi onları da o dövrün terror dövləti adlandırmaq olardı. Çünki çoxsaylı qatı cinayətlər, müsəlman liderlərə qarşı sui-qəsdlər, terror aktları icra edirdilər“.

Afət

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
icma.az

1Mənbələr