AZ

Tramp: “Ukraynada çox insan həlak olur, amma biz...”

Rusiyanın Ukraynaya gecə hava hücumları dəhşətli  olub.

Bakıvaxtı.az “LeMonde.fr”ə istinadən bildirib ki, bu sözləri ABŞ prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında  bildirib. O qeyd edib ki, Ukrayna hakimiyyətinin məlumatına görə, bu hücumlar çərşənbə axşamı ilə cümə axşamı arasında, xüsusən də Kiyev və Odessada ən azı 19 nəfərin ölümünə səbəb olub.

Sülh danışıqları ilə bağlı suala cavab olaraq, D.Tramp əlavə edib ki, Ukrayna irəliləyiş əldə edir:

“Ümid edirəm ki, razılığa gələ biləcəklər. Ukraynada çoxlu insan həlak olur. Baş verənləri görəcəyik. Orada ağır hadisələr yaşanır. Amma biz hazırda İranla müharibəyə daha çox diqqət yetiririk”.

Aydın Baxış

Seçilən
28
bakivaxti.az

1Mənbələr