AZ

İran razılıq verdi

ABŞ Prezidenti Donald Tramp İranın 2025-ci ilin yayında Amerikanın hava zərbələrinə məruz qalmış əsas nüvə obyektlərindən geriyə qalan "nüvə tozunu" təhvil verməyə razılaşdığını bəyan edib.

Publika.az xəbər verir ki, bu barədə məlumatı "The Washington Post" (WP) yayıb.

Tramp jurnalistlərə açıqlamasında bildirib:

"İranın nüvə silahı yoxdur və onlar bununla razılaşdılar. İran buna çox qətiyyətlə razı oldu. Onlar “B-2” bombardmançıları ilə həyata keçirdiyimiz hücumdan sonra yerin dərinliklərində qalan “nüvə tozunu” bizə qaytarmağa razılıq verdilər".

Qeyd edilib ki, İran tərəfi hələlik Amerika və Pakistan danışıqçıları ilə görüşlər zamanı belə bir güzəştə getdiyini təsdiqləməyib. Nəşr həmçinin xatırladır ki, ABŞ-ın İranın nüvə öhdəlikləri ilə bağlı əvvəlki bəyanatları bəzən qeyri-dəqiq çıxıb və ya təsdiqini tapmayıb.

Seçilən
15
publika.az

1Mənbələr