Bakı. Trend:
Beynəlxalq Valyuta Fondu (BVF) 2019-cu ildən bəri ilk dəfəVenesuela ilə əlaqələrini bərpa edib.
Trend-inməlumatına görə, bu barədə fondun mətbuat xidmətinin yaydığıbəyanatda bildirilib.
Sənəddə qeyd olunur: “BVF-də səsvermə hüquqlarının əksəriyyətinitəmsil edən üzv ölkələrin mövqeyi nəzərə alınaraq və müəyyənedilmiş təcrübəyə uyğun olaraq, İdarəedici direktor KristalinaGeorgieva aprelin 16-da Venesuela hökuməti ilə əlaqələrin bərpasınıelan edib. Əlaqələr Prezident komissarı Delsi Rodrigesin rəhbərliyialtında həyata keçiriləcək”.
Bəyanatda xatırladılır ki, Venesuela 1946-cı ilin dekabrındanBVF-nin üzvüdür. Həmçinin qeyd olunur ki, ölkə ilə əlaqələrhökumətin tanınması ilə bağlı çətinliklər səbəbindən 2019-cu ilinmart ayında dayandırılmışdı.