AZ

Mədəaltı vəzi xərçənginin əsas səbəbinə qarşı yeni preparat hazırlandı

ain.az bildirir, Demokrat.az portalına istinadən.

Alimlər mədəaltı vəzi xərçəngi xəstələrinin təxminən 90 faizində rast gəlinən "KRAS" gen mutasiyasını bloklayan hədəf terapiyası yaradıblar. Bu yeni preparat standart kimyaterapiya ilə müqayisədə sağ qalma göstəricisini təxminən iki dəfə artırıb.Demokrat.az xəbər verir ki, "Revolution Medicines" (RevMed) jurnalında dərc olunan araşdırmaya görə, "daraksonrasib" adlı inhibitor kliniki sınaqlarda yüksək effektivlik nümayiş etdirib.Tədqiqatlar zamanı bu preparatdan istifadə edən xəstələrin orta ömür müddəti 6,7 aydan 13,2 aya qədər yüksəlib. Terapiyanın standart müalicə imkanlarının məhdudlaşdığı ikinci mərhələdə tətbiq edilməsi nəticənin əhəmiyyətini daha da artırır. Varşava Milli Onkologiya İnstitutunun onkoloqu Lutsian Virviç bildirib ki, "KRAS" mutasiyaları uzun müddət dərmanlar üçün əlçatmaz hədəf sayılırdı. Onun sözlərinə görə, yeni preparatlar sağlam hüceyrələrə toxunmadan birbaşa mutasiyaya uğramış zülala təsir göstərməyə imkan verir.Ənənəvi kimyaterapiyadan fərqli olaraq, hədəf terapiyası daha seçici fəaliyyət göstərir. Bu yanaşma əlavə təsirləri azaldır və müalicənin xəstə tərəfindən daha rahat qəbul edilməsini təmin edir. Həmçinin dərmanın həb şəklində qəbul edilməsi xəstələr üçün əlavə üstünlük hesab olunur.Mütəxəssislər vurğulayırlar ki, bu hələ inkişafın ilk mərhələsidir. Gələcəkdə bu növ preparatların xəstəliyin daha erkən dövrlərində tətbiq edilməsi müalicənin səmərəliliyini daha da artıra bilər.Yəni alimlər mədəaltı vəzi xərçənginə səbəb olan geni zərərsizləşdirən yeni dərman tapıblar ki, bu da ağır xəstələrin ömrünü iki dəfə uzatmağa və müalicəni asanlaşdırmağa kömək edir.İsmayıl

Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
57
demokrat.az

1Mənbələr