AZ

“Toyota”nın basketbolçu robotu meydanda VİDEO

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Toyota” şirkətinin hazırladığı yeni nəsil humanoid robot Yaponiya basketbol liqasının oyunlarından birinin fasiləsində ictimaiyyətə təqdim olunub. Qeyri-adi fiziki göstəriciləri ilə diqqət çəkən robot meydanda bacarıqlarını nümayiş etdirib.

İdman.Biz xəbər verir ki, boyu 2 metr 18 santimetr, çəkisi isə 74 kiloqram olan robot basketbolçu üçün ideal ölçülərə malikdir. Təqdimat zamanı robotun dəqiqliyi sınaqdan keçirilib. O, cərimə meydançasından yerinə yetirdiyi sərbəst atışı dəqiq tamamlayaraq azarkeşlərin rəğbətini qazanıb.

Lakin robot uzaq məsafəli atışda eyni uğuru təkrar edə bilməyib. Üç xallıq atışda hədəfdən yayınan “Toyota”nın texnoloji möcüzəsi hələ ki, uzaq məsafələrdə mükəmməl olmadığını göstərib. Mühəndislər bu növ robotların hərəkət mexanizmini və atış dəqiqliyini daha da təkmilləşdirmək üzərində çalışdıqlarını bildiriblər.

İdman.Biz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
36
icma.az

1Mənbələr