AZ

Arda Turanın çalışdırdığı klub Konfrans Liqasında yarımfinala yüksəldi

UEFA Konfrans Liqasının dörddəbir final mərhələsində Ukraynanın “Şaxtyor Donetsk” klubu Niderland təmsilçisi “AZ Alkmaar” səddini keçərək adını yarımfinala yazdırıb.


Manset.az  xəbər verir ki, Arda Turanın rəhbərlik etdiyi komanda ilk oyundakı böyük üstünlüyünü cavab matçında da qorumağı bacarıb.
​İlk qarşılaşmada rəqibini 3-0 hesabı ilə darmadağın edən “Şaxtyor” səfərdəki cavab oyununda da əzmkar mübarizə nümayiş etdirərək 2-2 hesablı heç-heçəyə nail olub.

​“AZ Alkmaar”ın heyətində İsak Jensen (73’) və Matey Sin (80’) fərqlənsə də, “Şaxtyor” bu qollara Alisson (58’) və Luka Meyrellesin (83’) vurduğu toplarla cavab verib.

​İki oyunun nəticəsinə görə 5-2 hesabı ilə qalib gələn Arda Turanın yetirmələri yarımfinal vəsiqəsini rəsmiləşdirib.

Seçilən
8
1
manset.az

2Mənbələr