AZ

Arda Turan tarixə düşdü

UEFA Konfrans Liqasının 1/4 final mərhələsinin cavab oyununda Arda Turanın baş məşqçisi olduğu "Şaxtyor Donetsk" "AZ Alkmaar" ilə üz-üzə gəlib. Metbuat.az xəbər verir ki, Niderlandda keçirilən qarşılaşma 2:2 hesabı ilə başa çatıb. İlk oyunda 3:0 hesablı qələbə qazanan Donetsk təmsilçisi ümumi hesabda 5:2 üstünlüklə yarımfinala vəsiqə qazanıb.Matçda meydan sahiblərinin qollarını 73-cü dəqiqədə Isak Jensen və 80-ci dəqiqədə Matej Sin vurub. Qonaq komandanın heyətində isə 58-ci dəqiqədə Alisson Santana və 83-cü dəqiqədə Luka Meyrelles fərqlənib.

Bununla da 39 yaşlı Arda Turan UEFA Konfrans Liqasında yarımfinala yüksələn ilk türk baş məşqçi kimi tarixə düşüb.

Seçilən
34
2
metbuat.az

3Mənbələr