AZ

Sabiq ulduzu ''Çelsi''ni yıxıb-sürüdü - ''Onların kim olduğunu bilmirəm''

''Çelsi''nin sabiq üzvü Con Obi Mikel komandanın indiki durumunu sərt sözlərlə tənqid edib.

Karyerasının 11 ilini London nəhəngində keçirən sabiq nigeriyalı futbolçu daha öncə dəfələrlə ''zadəganlar''a həmyerlisi Viktor Osimheni transfer etməyi məsləhət görmüşdü.

Obi Mikel ''Çelsi''nin transfer siyasətini tənqid atəşinə tutaraq bunları deyib:

''Transferlərə 1 milyard funt sterlinqdən çox pul xərclənilib. Amma indiki heyətdə sonradan meydana çıxaraq oyunu dəyişdirə və komandanı gücləndirə biləcək bir dənə də futbolçu yoxdu. Ehtiyat qüvvə sıfırdı. Bəzən hətta elə olur ki, meydana çıxan futbolçunu gördükdə öz özümə ''bu kimdi, bunu tanımıram'' deyirəm. ''Real'', ''Mançester Siti'' kimi klublar hər il ən yaxşı oyunçuları transfer edərək heyətlərini gücləndirirlər. ''Çelsi''də oynayan bəzi isimlərə hörmətsizlik etmək istəmirəm. Amma mən həqiqətən də onların kim olduğunu bilmirəm''.
Seçilən
34
1
football-plus.az

2Mənbələr