AZ

ABŞ Prezidenti: İranla razılaşmaya çox yaxınıq

Bakı, 16 aprel, AZƏRTAC

ABŞ Prezidenti Donald Tramp razılaşma imzalamaq üçün İslamabada gedə biləcəyini bildirib.

AZƏRTAC-ın məlumatına görə, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.

O, bu istiqamətdə fəaliyyətinə görə Pakistan rəhbərliyini tərifləyib və qeyd edib ki, əgər razılaşma orada imzalanarsa, tədbirdə iştirak edə bilər.

“İranla razılaşmaya çox yaxınıq. Razılaşma olmazsa, döyüşlər yenidən başlaya bilər”, – deyə Tramp əlavə edib.

 

Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
Seçilən
13
1
azertag.az

2Mənbələr