Bakı, 16 aprel, AZƏRTAC
İsrail və Livan atəşkəs elan edəcəklər və bura “Hizbullah” da daxil olacaq.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp jurnalistlərə açıqlamasında deyib. O, hər iki ölkə lideri ilə yaxşı söhbət apardığını bildirib.
O, Aun və Netanyahunun yaxın bir-iki həftə ərzində görüşə biləcəyini və hətta iki lider arasında Ağ Ev görüşünün də yaxın dörd-beş gün ərzində baş tuta biləcəyini bildirib.
Prezident əlavə edib ki, düzgün vaxtda Livana səfər etməyə hazırdır.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton