AZ

“İttihamların atalıqdan imtina etməsi ilə hüquqi əlaqəsi yoxdur”

Qafqazinfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadəyə qarşı ittihamlar səsləndirən keçmiş sevgilisi Fidan Abbasova narkotik maddə istifadəsi ilə əlaqədar məsuliyyətə cəlb edilib.

“Qafqazinfo”nun məlumatına görə, vaxtilə birgə yaşadığı Orxan İsmayılzadədən uşaq dünyaya gətirdiyini iddia edən F. Abbasovanın qanında narkotik aşkarlanması faktı məhkəmə tərəfindən təsdiqlənib.

O, həmin xəbərlərə belə münasibət bildirib:

“Barəmdə səsləndirilən “narkoman”, “əxlaqsız” və “cəmiyyətə yararsız” kimi ittihamların Orxan İsmayılzadənin atalığı təsdiqləməkdən imtina etməsi ilə heç bir hüquqi əlaqəsi yoxdur.

Ümid edirəm ki, ictimaiyyət bu məsələyə həssas yanaşacaq və ədalət öz yerini tapacaq”.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
27
3
qafqazinfo.az

4Mənbələr