AZ

ABŞ Konqresi İrana qarşı müharibənin dayandırılması barədə qətnaməni rədd etdi

ABŞ Konqresi İrana qarşı müharibənin dayandırılması barədə qətnaməni rədd etdi

ABŞ Konqresinin Nümayəndələr Palatası administrasiyaya İrana qarşı hərbi əməliyyatları dayandırmağı tapşıran qətnamə layihəsini cəmi bir səs fərqi ilə rədd edib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, səsvermə zamanı 213 konqresmen sənədin lehinə, 214 nəfər isə əleyhinə çıxıb, bir qanunverici isə bitərəf qalıb. Analoji qərarın daha əvvəl Senat tərəfindən də rədd edilməsi o deməkdir ki, dövlət başçısı İrana qarşı hərbi güc tətbiq etmək səlahiyyətlərini qoruyub saxlayır.

Fevralın 28-dən başlayan əməliyyatlardan sonra aprelin 7-də elan edilmiş iki həftəlik atəşkəs davam etsə də, aprelin 11-də İslamabadda keçirilən danışıqlar hələlik nəticə verməyib və ABŞ aprelin 13-dən İrana qarşı dəniz blokadası tətbiq edib.

Seçilən
32
afn.az

1Mənbələr