AZ

Rusiyalı balıqçılar Namibiyada həbs edilib

Rusiyalı balıqçılar Namibiyada həbs edilib

Namibiyada yerli özəl şirkətə məxsus olan və heyəti 13 Rusiya vətəndaşından ibarət "VENUS-1" balıqçı gəmisi işəgötürənlə heyət arasında yaranan əmək mübahisəsi səbəbindən həbs edilib.

AFN.az xəbər verir ki, bu barədə Rusiyanın Namibiyadakı səfirliyindən bildirilib. Məlumata görə, münaqişə şirkətin iki aylıq əməkhaqqı borcunu ödəyə bilməməsi nəticəsində yaranıb və Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyasının müdaxiləsindən sonra gəmi Uolfiş-Bey limanında saxlanılıb.

Diplomatik nümayəndəlik dənizçilərin həyatı üçün təhlükə olmadığını, onların zəruri ehtiyaclarının qarşılandığını və heyətin hüquqi məsələləri yerində həll etmək üçün hələlik Namibiyada qalmağa qərar verdiyini bildirib.

Seçilən
26
afn.az

1Mənbələr