AZ

"Nyukasl" müdafiəsinə "div" axtarır

Müdafiə xəttini möhkəmləndirmək istəyən "Nyukasl Yunayted" yenidən "Sportinq"in qapısını döyməyə hazırlaşır.

Fanat.Az "Football Insider" nəşrinə istinadən xəbər verir ki, "sağsağanlar" yanvar ayında transfer edə bilmədikləri Osman Diomande üçün yeni təklif hazırlayıblar.

Portuqaliya təmsilçisi ulduz müdafiəçini 40 milyon funt-sterlinqdən aşağı məbləğə satmaq niyyətində deyil.

"Nyukasl"ın bu yay müdafiəni məhz 20 yaşlı futbolçuya əmanət etmək istədiyi və danışıqları sürətləndirdiyi bildirilir.

Seçilən
14
1
fanat.az

2Mənbələr