AZ

Tək nəfərlə ordu idarə edirlər -

Çin hava hücumundan müdafiə sistemlərini sıradan çıxarmaq üçün nəzərdə tutulmuş yeni nəsil pilotsuz uçuş aparatları (PUA) sürüsünü nümayiş etdirib.Metbuat.az xəbər verir ki, Çin dövlət televiziyası CCTV tərəfindən yayımlanan görüntülərdə “Atlas” adlanan sistemin tam avtonom şəkildə fəaliyyət göstərdiyi əks olunub. Belə ki, sistem hədəfi müstəqil seçir, formasiya saxlayır və koordinasiyalı hücum həyata keçirir. Bildirilib ki, sistem tək operator tərəfindən idarə oluna bilir və eyni vaxtda onlarla PUA-nın fəaliyyətini koordinasiya etmək imkanına malikdir. “Swarm-2” adlı buraxılış platforması vasitəsilə 48 pilotsuz aparat eyni anda havaya qaldırıla bilir, ümumilikdə isə bir idarəetmə mərkəzi 96 dronu eyni vaxtda nəzarətdə saxlaya bilir.Qeyd olunub ki, süni intellekt texnologiyası ilə təchiz edilən bu aparatların hər biri real vaxt rejimində məlumat mübadiləsi apararaq müstəqil qərarlar verə bilir. Hədəf zonasında isə kəşfiyyat, koordinasiya və hücum mərhələləri operator müdaxiləsi olmadan icra olunur.

Məlumata görə, sözügedən sistem kütləvi hücum taktikası ilə hava müdafiə sistemlərini eyni anda müxtəlif istiqamətlərdən yükləyərək sıradan çıxarmağa qadirdir.

Seçilən
13
metbuat.az

1Mənbələr