Müəllif: Tamara Mustafayeva, Banco.az
“Lufthansa”da dönüş nöqtəsi: “CityLine” bağlanır, təyyarələr sıradan çıxarılır.
Banco.az xəbər verir ki, Alman hava yolu şirkəti "Lufthansa" tərəfindən verilən açıqlamada, şirkətin regional törəmə qurumu olan "CityLine"ın fəaliyyətinə son qoyulacağı və əsas "Lufthansa" brendində tutumun azaldılacağı bildirilib.
Açıqlamada vurğulanıb ki, Orta Şərqdə baş verən münaqişələrdən sonra kerosin qiymətlərinin müharibədən əvvəlki dövrlə müqayisədə iki dəfədən çox artması strateji qərarların daha tez həyata keçirilməsinə səbəb olub.
Şirkət qeyd edib ki, qəbul edilən qərarlarla səmərəliliyin artırılması və illik əsasda təxminən 1,4 milyard avroya çatacağı gözlənilən əlavə yanacaq xərclərinin azaldılması hədəflənir.
Bu çərçivədə, qrupun regional uçuşlarını həyata keçirən "Lufthansa CityLine" öz parkındakı 27 təyyarə ilə 18 aprel şənbə günündən etibarən əməliyyatlarını dayandıracaq. Texniki istismar müddətinin sonuna yaxınlaşan və istismar xərcləri yüksək olan "Canadair CRJ" tipli təyyarələrin istifadədən çıxarılması ilə maliyyə itkilərinin məhdudlaşdırılması planlaşdırılır.
Qənaət tədbirləri çərçivəsində yay mövsümünün sonunda "Lufthansa" əsas brendindəki son dörd ədəd "Airbus A340-600" təyyarəsi istismardan çıxarılacaq, iki ədəd "Boeing 747-400" təyyarəsi isə qış mövsümündə hangara yerləşdiriləcək.
Bizi sosial şəbəkələrdən izləyin!!