AZ

Şoyqu Baltik ölkələrinə Rusiyanın “özünümüdafiə hüququ” barədə xəbərdarlıq edib » AzadMedia.az

Şoyqu

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Finlandiya və Baltik ölkələrinə Rusiyanın özünümüdafiə hüququnu xatırladıb.

O, bildirib ki, son dövrlərdə Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının Finlandiya və Baltik ölkələri üzərindən keçərək Rusiyaya zərbələr endirməsi halları artıb. Şoyqunun sözlərinə görə, bu hücumlar nəticəsində mülki şəxslər zərər görür və mülki infrastruktur ciddi dağıntılara məruz qalır.

Rusiya rəsmisi qeyd edib ki, bu vəziyyət iki səbəbdən qaynaqlana bilər: ya Qərbin hava hücumundan müdafiə sistemləri effektiv fəaliyyət göstərmir, ya da həmin ölkələr bilərəkdən öz hava məkanını bu hücumlar üçün açır və beləliklə, Rusiyaya qarşı aqressiyanın iştirakçısına çevrilir.

Şoyqu vurğulayıb ki, əgər ikinci ehtimal doğrudursa, bu zaman Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 51-ci maddəsinə əsasən, dövlətlərin silahlı hücum zamanı özünümüdafiə hüququ qüvvəyə minir.

Seçilən
24
azadmedia.az

1Mənbələr