“Liverpul” hücumçusu Huqo Ekitikenin ciddi zədə aldığını rəsmən təsdiqləyib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, fransalı Çempionlar Liqasının 1/4 final mərhələsinin PSJ-yə qarşı cavab matçının ilk hissəsində zədələnib.
O, qarşılaşmanın 32-ci dəqiqəsində əvəzlənib.
Aparılan tibbi müayinələr nəticəsində Ekitikenin daban vətərinin qopduğu müəyyən olunub.
23 yaşlı forvard mövsümün qalan hissəsini buraxacaq və 2026-cı il dünya çempionatında iştirak edə bilməyəcək.