AZ

Qalibaf: "İran Livanda daimi atəşkəsə nail olmaq üçün fəal səylər göstərir" » AzadMedia.az

Qalibaf:

İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf bildirib ki, rəsmi Tehran Livanda daimi atəşkəsin əldə olunması istiqamətində aktiv fəaliyyət göstərir.
Onun sözlərinə görə, İran ilə Livanın təhlükəsizliyi bir-biri ilə sıx bağlıdır. Qalibaf bu fikirləri Livan parlamentinin sədri Nabih Berri ilə telefon danışığı zamanı səsləndirib.

İranlı spiker həmçinin münaqişə nəticəsində həyatını itirən mülki şəxslər və “Hizbullah” üzvləri ilə bağlı başsağlığı verib.
Qalibaf vurğulayıb ki, İran müxtəlif platformalarda, o cümlədən İslamabadda keçirilən son görüşlər çərçivəsində ciddi danışıqlar aparır. Məqsəd qarşı tərəfi bütün münaqişə zonalarında daimi atəşkəsə razı salmaqdır.
“Livan üçün atəşkəs bizim üçün elə İranın özündə atəşkəs qədər önəmlidir”, – deyə o qeyd edib.

Qalibaf Livan xalqının dözümlülüyünü yüksək qiymətləndirərək bildirib ki, müqavimətin davamlılığı sonda qələbəyə gətirib çıxaracaq.

Öz növbəsində Nabih Berri ölkədəki mövcud vəziyyət barədə məlumat verərək genişmiqyaslı humanitar böhranın yaşandığını diqqətə çatdırıb. Onun sözlərinə görə, İsrail ordusunun fəaliyyəti nəticəsində Livanda 1,2 milyondan çox insan məcburi köçkünə çevrilib.

Livan tərəfi həmçinin bəyan edib ki, İsrail ilə hər hansı rəsmi məsləhətləşmələr istisna olunur, çünki bu, ölkə xalqının maraqlarına uyğun deyil.

Seçilən
17
1
azadmedia.az

2Mənbələr