AZ

Koreya haqqında Viktorinaya qeydiyyat davam edir VİDEO

Yazını böyüt
Yazını kiçilt

2026-cı il Koreya haqqında Viktorinaya qeydiyyat başlayıb.

Hafta.az yazır ki, viktorinada iştirak etmək istəyənlər 18 yaşdan yuxarı, Azərbaycan vətəndaşı olmalı, TOPIK 3 və ya daha yüksək səviyyədə koreyaca bilməli, Koreya haqqında ətraflı biliyə sahib olmalıdır.

Viktorinanın qalibi, mükafatla yanaşı bu ilin sentyabrında Seulda keçiriləcək beynəlxalq finalda Azərbaycanı təmsil etmək şansı qazanacaq.

Viktorina mayın 20-də, saat 14:00-da Bakı Dövlət Universitetinin əsas binasında, 3-cü mərtəbədə yerləşən akt zalında keçiriləcək.

Viktorinanın bütün iştirakçılarına hədiyyələr təqdim olunacaq.

“Yuxarıdakı şərtlərə cavab verən hər kəsi Viktorinaya qoşulmağa və hədiyyələri əldə etməyə dəvət edirik!” – Koreya səfirliyinin paylaşımında deyilir.

Qeydiyyatdan keçmək üçün 30 aprel 2026-cı il tarixinədək aşağıdakı linkə daxil olaraq forma doldurulmalıdır:

https://forms.gle/tovkGksJZVnbTXs47

Hər hansı sualı olan, [email protected] ünvanına müraciət edə bilər.

Viktorinaya hazırlaşmaq üçün KBS World TV YouTube kanalına daxil olub "Quiz on Korea" videolarını izləmək də faydalıdır:

Ətraflı məlumat üçün Səfirliyin rəsmi saytına daxil olun:

https://az.mofa.go.kr/az-ko/brd/m_8259/view.do?seq=1346795

Seçilən
27
hafta.az

1Mənbələr