AZ

Azərbaycanda ev almaq niyə getdikcə çətinləşir? AÇIQLAMA

Demokrat.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Son illərdə Azərbaycanda, xüsusilə Bakı və böyük şəhərlərdə ev almaq xeyli çətinləşib və bu, əsasən qiymətlərin gəlirlərə nisbətən daha sürətlə artması ilə bağlıdır. Əsas sual isə ondan ibarətdir ki, mənzil bazarında bu bahalaşmanı yaradan əsas iqtisadi amillər hansılardır və niyə ev sahibi olmaq bir çox ailələr üçün müşkül məsələyə çevrilib.Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən iqtisadçı ekspert Razi Abasbəyli bildirib ki, Azərbaycanın daşınmaz əmlak bazarındakı qiymətlər faktiki reallığı tam əks etdirmir və bir çox hallarda real bazar dəyərindən xeyli yüksəkdir. Bunun bir neçə əsas səbəbi mövcuddur."Birinci növbədə, ölkə əhalisinin böyük hissəsi paytaxta köçüb. İş imkanları və xidmət sahələri əsasən Bakı və ətraf ərazilərdə cəmləşdiyi üçün bu, mənzil bazarında tələbin artmasına səbəb olur. İkinci mühüm amil söküntü və yenidənqurma işləridir. Paytaxtın mərkəzi rayonlarında aparılan söküntülər nəticəsində insanlar şəhərin kənarlarına və ətraf ərazilərə üz tuturlar. Verilən kompensasiyalar isə çox vaxt mərkəzdə yeni mənzil almağa kifayət etmir. Bu da əlavə olaraq Bakı ətrafında mənzil tələbinin artmasına gətirib çıxarır. Digər tərəfdən, investisiya məqsədilə daşınmaz əmlaka yönəlmə də bazarda qiymətləri yüksəldən amillərdəndir. Bir çox ölkələrdə olduğu kimi, insanlar vəsaitlərini daşınmaz əmlaka yönəldərək onu qorumağa üstünlük verirlər. Bu isə bazarda süni tələbin formalaşmasına və qiymətlərin real dəyərdən yuxarı olmasına səbəb olur".

Seçilən
13
4
demokrat.az

5Mənbələr