AZ

TƏCİLİ! Rusiya bu ölkələrə ZƏRBƏ endirə bilər – ŞOK TƏHDİD

Baltik dənizi regionunda sular yenidən isinir. İsveç hərbi rəhbərliyinin Rusiyanın mümkün hücumu ilə bağlı xəbərdarlığından dərhal sonra, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Finlandiya və Baltikyanı ölkələri hədəf alan sərt bəyanatla çıxış edib. Moskva bu ölkələri Ukrayna dronlarına “dəhliz” açmaqda ittiham edərək, birbaşa hərbi müdaxilə imasına yol verib.

NOCOMMENT.az xəbər verir ki, Sergey Şoyqu Ukraynaya məxsus pilotsuz uçuş aparatlarının (PUA) Rusiya ərazisinə zərbələr endirmək üçün Finlandiya və Baltikyanı ölkələrin hava məkanından istifadə etdiyini iddia edib. O bildirib ki, mülki infrastruktura zərər dəyən bu hücumlar ya Qərbin HHM sistemlərinin səmərəsizliyi, ya da bu dövlətlərin şüurlu şəkildə şərait yaratması nəticəsində baş verir:

“Əgər hava məkanı qəsdən təqdim edilirsə, beynəlxalq hüquqa görə, BMT Nizamnaməsinin 51-ci maddəsi — dövlətlərin silahlı hücum zamanı ayrılmaz özünümüdafiə hüququ qüvvəyə minir.”

Bu bəyanat faktiki olaraq Moskvanın NATO üzvü olan bu ölkələrə qarşı “özünümüdafiə” adı altında hərbi güc tətbiq edə biləcəyinə dair açıq xəbərdarlıqdır.

Eyni zamanda, İsveç Ordusunun baş komandanı Mixael Klasson sensasiyalı bəyanatla çıxış edərək bildirib ki, Rusiya “hətta sabah” Baltik dənizindəki adalardan birini ələ keçirməyə cəhd edə bilər. Klassonun fikrincə, Kreml bunu adanın strateji əhəmiyyətinə görə deyil, NATO-nun kollektiv müdafiə reaksiyasını və siyasi iradəsini yoxlamaq üçün edə bilər:

“Bu, mütləq genişmiqyaslı nəsə olmalı deyil — Alyansa meydan oxumaq və siyasi müstəvidə nə baş verəcəyini görmək üçün kiçik bir əməliyyat kifayətdir.”

İsveç hərbi kəşfiyyatı da təsdiqləyir ki, Rusiya hazırda İsveç yaxınlığında məhdud hücumlar həyata keçirmək imkanına malikdir və bir neçə ildən sonra daha böyük ərazi işğalları üçün hazır ola bilər.

Şimali Avropada yaranan bu “barıt qoxulu” atmosfer, Ukraynadakı müharibənin coğrafiyasının genişlənməsi riskini və NATO-nun şərq cinahının nə dərəcədə qorunduğu sualını yenidən gündəmə gətirib.

Sara,
NOCOMMENT.az

Seçilən
51
1
nocomment.az

10Mənbələr