AZ

AB ölkələrində əhalinin sayı azalacaq

Avropa Birliyi ölkələrində əhalinin ümumi sayının 2100-cü ilə qədər 11,7 faiz azalacağı proqnozlaşdırılır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Eurostat” yeni hesablamalar paylaşıb.

Məlumata görə, AB-nin statistika idarəsi cari demoqrafik məlumatlara əsaslanan əhali proqnozlarını dərc edərək, əsrin sonuna qədər ittifaq ölkələri əhalisinin təxminən 53 milyon nəfər azalaraq 398,8 milyona çatacağını proqnozlaşdırıb.

Proqnozlar göstərir ki, 2025-ci ildə 451,8 milyon olaraq qiymətləndirilən AB əhalisinin 2029-cu ildə 453,3 milyona çatacağı və 2100-cü ilə qədər uzunmüddətli azalma nümayiş etdirəcəyi gözlənilir.

Seçilən
18
6
bakivaxti.az

8Mənbələr