AZ

Çempionlar Liqasında Arda Güler gecəsi: Rekord üstünə rekord

UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab qarşılaşması türk futbolunun gənc ulduzu Arda Gülərin şousuna səhnə olub.

Fanat.Az xəbər verir ki, "Bayern Münhen"ə qarşı keçirilən gərgin matçda "Real Madrid"in heyətində parlayan Arda vurduğu qollarla həm klubunun, həm də turnirin tarixinə adını qızıl hərflərlə yazdırıb.

Matçın cəmi 35-ci saniyəsində hesabı açan gənc istedad, bu mövsüm turnirin ən erkən qoluna imza atmaqla yanaşı, "kral klubu"nun Çempionlar Liqasındakı ən sürətli qolunun müəllifi olub. Bu, həmçinin "Bayern"in mötəbər turnirdə öz qapısında gördüyü ən tez qol kimi də tarixə düşüb.

Gənc ulduzun performansı bununla da bitməyib. Oyunun 29-cu dəqiqəsində cərimə zərbəsindən Manuel Noyerin qapısını dəqiq nişan alan Arda Madrid təmsilçisinin heyətində bu turnirdə cərimə zərbəsindən qol vuran ən gənc oyunçu ünvanını qazanıb. Ardanın növbəti və bəlkə də ən böyük uğurlarından biri isə Çempionlar Liqasının əsas mərhələsinin bir oyununda iki qol vuran ilk türkiyəli futbolçu statusunu əldə etməsidir.

Münhendəki bu tarixi çıxış həm İspaniya, həm də Türkiyə mətbuatında böyük əks-səda doğurub.

Kamil Xudiyev

Seçilən
14
fanat.az

1Mənbələr