AZ

İsrail ordusunda qalmaqal: Cinsi zorakılıqda adı keçən hərbçilər yenidən xidmətə qaytarıldı

İsrail ordusunda qalmaqallı qərar müzakirələrə səbəb olub. Musavat.com xəbər verir ki, İsrail Baş Qərargah rəisi Eyal Zamir fələstinli məhbusa qarşı cinsi zorakılıq iddiası ilə bağlı araşdırmada adı hallanan ehtiyatda olan hərbçilərin yenidən ordu sıralarına qayıtmasına razılıq verib.

İsrail Baş Qərargahının yaydığı açıqlamada bildirilir ki, həmin şəxslərin xidmətə qaytarılması istintaq prosesinə mane olmayacaq və araşdırmanın qısa müddətdə başa çatdırılacağı gözlənilir.

Məlumata görə, daha əvvəl yayılan görüntülərdə hərbçilərin fələstinli məhbusun ətrafını dövrəyə alaraq baş verənləri gizlətməyə çalışdığı əks olunub. Həmin materiallarda məhbusa qarşı yad cismlə zorakılıq edildiyi iddiası da yer alıb.

Qalmaqallı hadisədən sonra sözügedən hərbçilər barəsində işgəncə, seksual xarakterli zorakılıq və bədən toxunulmazlığını pozmağa cəhd kimi ağır ittihamlarla araşdırma başladılmışdı. Lakin işin martın 12-də bağlandığı bildirilir.

Musavat.com

Seçilən
45
musavat.com

1Mənbələr