Bakı, 16 aprel, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu və Livan Prezidenti Cozef Aunu Ağ Evə dəvət edəcək.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp özünün “Truth” sosial şəbəkəsində yazıb.
O bildirib ki, dəvətin məqsədi 1983-cü ildən bəri İsrail və Livan arasında baş tutacaq ilk danışıqlara vasitəçilik etməkdir: “Hər iki tərəf sülh görmək istəyir və inanıram ki, bu, tezliklə baş verəcək”.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton