AZ

Püşkatma keçirildi: Ağdam şəhərinə növbəti köç olacaq

Moderator.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Moderator.az xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Ağdam sakinləri arasında evlərin bölgüsünə dair püşkatma keçirildi.

Seçim mərhələsi zamanı qeyd edildi ki, işğaldan azad olunmuş ərazilərin bərpası və həmin bölgələrə həyatın qaytarılması dövlət siyasətinin əsas prioritetlərindəndir. 

Keçirilən püşk atmada 246 ailə iştirak etdi. Ümumilikdə isə ilin sonunadək 3 422 ailənin mərhələli şəkildə köçürülməsi planlaşdırılır. Bildirildi ki, məcburi köçkünlərin təhlükəsiz və mərhələli şəkildə öz yurdlarına dönüşü “Böyük Qayıdış” proqramı çərçivəsində davam etdirilir.

Keçmiş məcburi köçkünlər bu ayın sonuna kimi, doğma yurdlarına yola salınacaqlar.

Nəzərinizə onu da çatdıraq ki, yaxın vaxtlarda Qubadlı rayonu üzrə də püşkatma keçiriləcək. 

Pərvin Şakirqızı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
24
3
moderator.az

4Mənbələr