Qol.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
"Real" komandada balansı qoruyan məşqçi axtarışındadır
"Real" klubu yayda baş məşqçisi Alvaro Arbeloa ilə yollarını ayırmağı planlaşdırır.
QOL.az xəbər verir ki, İspaniyanın "El Mundo" nəşrinin yaydığı məlumata görə, Madrid təmsilçisinin rəhbərliyi yeni çalışdırıcının seçimi ilə bağlı artıq mühüm qərar qəbul edib.
Məqalədə klubun axtardığı məşqçi profili barədə bu fikirlər yer alıb:
"Klubda fərqli xarakterlərə və ulduz oyunçular arasında balansı qoruyub, onların hamısını vahid məqsəd ətrafında birləşdirə biləcək məşqçi axtarılır. "Real" Xabi Alonso kimi gənc və daha çox oyunun içinə girən məşqçilərə üstünlük verməyəcək. Çünki bu variant artıq sınaqdan keçirilib".
Qeyd olunur ki, hazırda "Real" rəhbərliyi Yürgen Klopp, Maurisio Poçettino, Lionel Skaloni və hətta Joze Mourinyonun namizədliyi ətrafında müzakirələr aparır.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.