Lent az saytına istinadən ain.az xəbər verir.
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.Lent.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, hərəkətdə olan iki “BMW” markalı minik avtomobili ilə moped toqquşub. Qəza zamanı mopedin sürücüsü xəsarət alıb.
Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya yerləşdirilib.
Məlumata görə, moped sürücüsü kuryer kimi fəaliyyət göstərir.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.