Nizami Kino Mərkəzində "At gücü" ("Horse Power") sənədli filminin təqdimatı keçirilib.
Publika.az xəbər verir ki, təqdimat mərasimində Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, mədəniyyət naziri Adil Kərimli, dövlət rəsmiləri, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Əvvəlcə qonaqlar tədbir çərçivəsində Azərbaycan Rəssamlıq Akademiyasının tələbələrinin "At gücü" mövzusunda hazırladıqları rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Daha sonra film nümayiş etdirilib.
Film dünyanın ən seçilən atlarının hekayəsindən, onların qeyri-adi gücündən və insanla unikal bağlılığından bəhs edir. Layihə vəhşi təbiət haqqında məzmun yaradan və filmləri 70-dən çox ölkədə yayımlanan məşhur "Plimsoll Productions" və "Eos Films" istehsal şirkətlərinin birgə məhsuludur.